Yer kürəsi üçün pandemiyaya qədər ən böyük təhlükə plastik çirklənmə idisə, indi bu təhlükəli tullantılar sırasında demək olar ki birinciliyi tibbi tullantılar, ən çox da tibbi maska alıb.
Artıq 10 nəfərdən 9-u tibbi maskadan istifadə edir, amma kaş, deyə biləydik ki, 10 nəfərdən 9-u da maskanı istifadə edib onu ətrafa yox, xüsusi zibil qabına atır.
Sakinlərin fikrincə, yaxşı olardı ki, sırf maska üçün nəzərdə tutulan zibil qutuları qoyulsun və sonra da həmin qablar utilizasiya edilsin. Bəzi insanlar tibbi maskadan, əlcəkdən istifadə etdikdən sonra onu ətrafa atır. Belə olduqda da yoluxma riski artmış olur.
Bundan başqa şəhərin bir çox yerində gördüyünüz plastik əşyalar üçün nəzərdə tutulan konteynrlərdən təəssüf ki, tibbi tullantılar üçün qoyulmayıb.
Məsələ ilə bağlı ətraflı süjetdə:
Yer kürəsi üçün pandemiyaya qədər ən böyük təhlükə plastik çirklənmə idisə, indi bu təhlükəli tullantılar sırasında demək olar ki birinciliyi tibbi tullantılar,...
Rəylər