15 
Fev
2019
13:55
56
545
32188
Virtual karabakh

Moskvada azərbaycanlılarla çeçenlər arasında kütləvi dava - YENİLƏNİB + VİDEO

15 Fev, 2019
13:55
32188

Moskvada azərbaycanlılarla çeçenlər arasında kütləvi dava - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskvada baş verən insidentlə bağlı 1994-cü il təvəllüdlü azərbaycanlı Əkbərov Firuz Natiq oğlu dindirilib

Onun sözlərinə görə, 2018-ci ilin noyabrında Azərbaycandan Rusiyaya gəlib və Moskvada yaşayan tanışlarının evində qalıb. Azərbaycanlı tez-tez “Neolit” restoranına getdiyini bildirib. 

F.Əkbərov deyib ki, fevralın 13-də tanışlarından birinin Çeçenistan respublikasından olan bir qrup şəxslə mübahisəsinin olduğunu öyrənib və bir gün sonra yerli vaxtla 17:00-da həmin restorana gəlib. 

“Saat 22:30-da 30-40 nəfərdən ibarət qrup restorana gələrək, mebelləri sındırmağa və müştəriləri kafedən çıxarmağa başlayıb. Daha sonra onlardan dörd nəfər mənə yaxınlaşaraq, müşahidə kameralarının yerləşdiyi otağı göstərməyimi istəyib”, - o bildirib. 

Rədd cavabı alan şəxslərdən biri F.Əkbərovun qarnına təpiklə zərbə vurub. Bundan qorxan 25 yaşlı azərbaycanlı onların istəyini yerinə yetirib. 

Daha sonra isə həmin şəxslərdən biri cibindən silah çıxarıb restoranı tərk etmək istəyən müştərilərdən birinə tərəf atəş açıb. Bu zaman polis əməkdaşları gəlib. Saxlanma zamanı onlar polisə müqavimət göstərərək, üzərilərində gəzdirdikləri silahlardan hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.  

Aparılan axtarışlar zamanı həmin şəxslərin üzərindən 5 ədəd bıçaq, 2 ədəd “Qrand Pauer” travmatik tapançası və “MP 8012T” tapançası aşkar edilib. 

Faktla bağlı Rusiya İstintaq Komitəsi tərəfindən cinayət işi başlanıb. 

Saxlanılan şəxslərin siyahısını təqdim edirik:

08:55

Moskvadakı kafelərdən birində azərbaycanlılarla çeçenlər arasında kütləvi dava baş verib. 

Bu barədə 5-tv.ru portalı məlumat yayıb.

Hadisəyə çeçen gəncin mübahisə zamanı azərbaycanlını təhqir etməsi səbəb olub.

Daha sonra azərbaycanlının dostları həmin şəxsi taparaq, döyüblər. Şahidlərdən birinin sözlərinə görə, kütləvi dava da bu hadisənin davamı olub. 

O bildirib ki, 100 nəfərdən ibarət çeçen qrup azərbaycanlı Yaşar Əliyevə məxsus “Neolit” kafesinə gələrək qadınlardan restoranı tərk etməsini istəyiblər, daha sonra dava başlayıb. Hadisə zamanı travmatik tapançadan istifadə edilib. İnsident nəticəsində 10 nəfər xəsarət alıb. Y.Əliyevin avtomobili yararsız vəziyyətə salınıb. 

Polis insidentin 20 iştirakçısını həbs edib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri