25 
Sen
2020
10:05
197
23
6372
Virtual karabakh

Bakıda nənəsi və bibisini öldürən şəxs tutuldu - YENİLƏNİB

25 Sen, 2020
10:05
6372

Bakıda nənəsi və bibisini öldürən şəxs tutuldu - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sentyabrın 24-də saat 12 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində 1932-ci il təvəllüdlü Simuzər Cavadova və 1959-cu il təvəllüdlü Tamilla Cavadovanın yaşadıqları evdə üzərlərində çoxsaylı bıçaq xəsarətləri olan meyitlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bununla bağlı Suraxanı rayon prokurorluğu məlumat yayıb. 

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər prosessual hərəkətlər yerinə yetirilib.

İlkin istintaqla 1985-ci il təvəllüdlü Samir Mustafayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı çoxsaylı bıçaq zərbələri vuraraq nənəsi Simuzər Cavadova və bibisi Tamilla Cavadovanı  qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Samir Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

09:29

Bakıda nənəsini və bibisini qətlə yetirən Samir Cavadov bu gün səhər saatlarında Suraxanı rayonunda saxlanılıb.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, ilkin məlumata görə, cinayət məişət zəminində törədilib.

Hazırda saxlanılan şəxsin dindirilməsi aparılır.  

09:19

Bakıda qətl törədən şəxs saxlanılıb.

“Report”un xəbərinə görə, ana və qızını öldürməkdə şübhəli bilinən Samir Cavadov polis əməkdaşları tərəfindən tutulub.

Qeyd edək ki, hadisə sentyabrın 24-də paytaxtın Suraxanı rayonunda qeydə alınıb. Rayon sakinləri - 1932-ci il təvəllüdlü Esmira Cavadova və onun qızı, 1959-cu il təvəllüdlü Tamella Cavadova yaşadıqları evdə bıçaqlanaraq qətlə yetiriliblər. 

İlkin araşdırmalarla məlum olub ki, hadisə E.Cavadovanın nəvəsi S.Cavadov tərəfindən törədilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılıb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri