Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Dələduzluqda şübhəli bilinən qadın özünü prokurorluğun binasından yerə atıb - VİDEO
Mingəçevirdə dələduzluqda şübhəli bilinən qadın özünü prokurorluğun binasından yerə atıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, iyulun 19-da Mingəçevir Şəhər Prokurorluğunda bir neçə şəxsin ümumilikdə 413 min manat məbləğində pul vəsaitinin ələ keçirilməsi faktı üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə (külli miqdarda dələduzluq) istintaq edilən cinayət işi üzrə 1991-ci il təvəllüdlü Turalə Natiq qızı Aslanova müqavilə əsasında xidmət göstərən vəkili Emin Atabəy oğlu Kiçikbəyovun iştirakı ilə dindirilməsi üçün şəhər prokurorluğuna dəvət edilib.
İstintaq hərəkətinin gedişində Turalə Aslanova şəhər prokurorluğunun inzibati binasının ikinci mərtəbəsində yerləşən dindirmə otağının pəncərəsindən özünü yerə atıb və nəticədə ağır xəsarət alıb.
T.Aslanova dərhal Mingəçevir Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Təcili tibbi yardım şöbəsinə çatdırılıb. Lakin ixtisaslaşdırılmış həkimlər tərəfindən göstərilən bütün tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı Baş Prokurorluq tərəfindən araşdırma aparılır.
"Baş Prokurorluq" teqi üzrə xəbərlər
- İxracdan əldə olunan 92.4 milyon manatın ölkəyə qaytarılması təmin edilib
- Hərbi cinayətlərdə təqsirləndirilənlərin məhkəməsində zərərçəkənlər: "Layiqli cəza vermək lazımdır"
- Ötən il rüşvətalma ilə bağlı cinayətlər nə qədər azalıb? - Hərbi Prokurorluq AÇIQLADI
- İmişlidə iki uşağın ölümü ilə nəticələnən qəzaya görə təqsirləndirilən 17 yaşlı oğlan HƏBS EDİLDİ
- Baş prokuror: "Saxta sertifikatlı plastik cərrahlarla bağlı konkret faktlar var"
Rəylər