Müştərilərinin maliyyə ehtiyaclarını rahat şəkildə qarşılamasına imkan yaratmaq məqsədilə "Expressbank" "Lombard" krediti məhsulunu təqdim edir.
Belə ki, 750 manatdan 100 000 manatadək kredit məbləğini, 3 aydan 48 ayadək müddətdə əldə etmək mümkündür. Kreditlər üzrə illik faiz dərəcəsi 12%-dən 38%-dək, komissiya haqqı isə 0%-dən 3%-dək təşkil edir.
Kreditdən 18-70 yaş aralığında olan şəxslər yararlana bilərlər.
Kredit məhsulu üzrə FİFD (faktiki illik faiz dərəcəsi) 18%-dən 39.8%-dək dəyişir. Faiz və komissiya dərəcələri kreditin məbləği, müddəti və digər fərdi şərtlərdən asılı olaraq müəyyən edilə bilər.
Müştərilər maliyyə imkanlarına və ehtiyaclarına uyğun kredit məbləği və müddəti üçün müraciət edərək əldə etdikləri vəsaitləri müxtəlif istehlak məqsədləri üçün istifadə edə bilərlər.
Kredit şərtləri:
- Kredit məbləği: 750 - 100 000 AZN
- Kredit müddəti: 3 - 48 ay
- İllik faiz dərəcəsi: 12% - 38%
- FİFD: 18% - 39,8%
- Komissiya: 0% - 3%
- Yaş həddi: 18 - 70 yaş (kredit müddətinin sonuna qədər)
"Lombard" krediti üçün indi müraciət et!
"Expressbank" Bakı və regionlarda 18 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya Bankın "İnstagram", "Facebook", "LinkedIN" və "Telegram" sosial platformalarındakı rəsmi hesablarından tanış olun.
"Expressbank" ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.