Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"Baku Medical Plaza"da oyaq halda beyin əməliyyatı icra olundu!
"Baku Medical Plaza"da xəstəyə oyanıq halda beyin əməliyyatı icra edilib. Əməliyyat motor və sensor korteksdə (hərəkəti və hissiyyatı təmin edən beyin qabığı) yerləşmiş Glial törəmə diaqnozlu 19 yaşlı gəncin üzərində tam uğurla tamamlanıb. Əməliyyatın görüntüləri sosial şəbəkələrdə maraqla izlənilib.
Əməliyyat Babək filialının neyrocərrahı Dr. Tural Rəhimli tərəfindən icra edilib. Xəstəxananın baş həkimi və həmçinin anestezioloq - reanimatoloqu Dr. Kamal Quliyev və professional komandası əməliyyatın oyanıq şəkildə keçməsini təmin edib.
Əməliyyat müddətində xəstə həkimlərin suallarını cavablandırıb. Əməliyyatın bu üsulla təşkili və xəstənin ətraflarının hərəkəti və danışığının müşahidə altında saxlanılması, beyinin həyati funksiyalarına zərər yetirmədən törəmənin maksimum şəkildə xaric edilməsinə kömək edir. Bu qəbildən olan əməliyyat həm cərrah və anestezioloqun peşəkarlığı, həm də yeni nəsil avadanlıqların mövcudluğu ilə mümkün olur.
Maddi cəhətdən digər beyin əməliyyatlarından fərqlənməyən bu cərrahi müdaxilələr son illər ABŞ-də və inkişaf etmiş Avropa ölkələrində geniş yayılıb.
Rəylər