Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
"Baku Medical Plaza" Babək filialı əsaslı təmirdən sonra yenidən xidmətinizdə
Şəhərimizin sağlamlıq sektoru yeni bir dövrə qədəm qoyur. "Baku Medica Plaza" Babək filialı əsaslı təmirdən sonra fəaliyyətini müasir standartlara uyğun davam etdirir.
Açılış mərasimində xəstəxana rəhbərliyi, tibbi icma nümayəndələri, jurnalistlər iştirak ediblər. "Baku Medica Plaza" Babək filialının baş həkimi Kamal Quliyev çıxış edərək təmirdən sonra yaradılmış şərait haqqında ətraflı məlumat verib. O bildirib ki, ölkə başçısının diqqət və qayğısı nəticəsində Azərbaycanda səhiyyə sisteminin inkişafı bu gün ən yüksək standartlar səviyyəsinə yüksəlib. Vətəndaşlarının sağlamlığının təminatı hər zaman dövlət siyasətinin əsas istiqamətlərindən olub. Əsaslı təmirdən sonra müasir qəbul prosesi, rahatlaşdırılmış müalicə şəraiti, yeni nəsil tibbi avadanlıqlarla təchiz olunmuş klinikanın yenidən müştərilərin sağlamlığını ən yüksək səviyyədə təmin etməyə hazır olduğunu bildirən Kamal Quliyev həkim və texniki personala gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd edək ki, 2011-ci ildən fəaliyyət göstərən "Baku Medikal Plaza"nın Babək filialında əsaslı təmirdən sonra yeni bölmələr, modernizasiya edilmiş otaqlar, müasir tibbi avadanlıqlarla təchiz edilib. Personalın və pasiyentlərin rahatlığı üçün müasir infrastruktur qurulub.
Bu gündən "Baku Medikal Plaza"nın Babək filialı genişləndirilmiş xidmət spektri ilə vətəndaşlara daha yüksəksəviyyəli xidmət göstərməyə tam hazırdır.
"Sağlamlığınıza doğan günəş" şüarı ilə "Baku Medikal Plaza" klinikalar şəbəkəsi hər zaman olduğu kimi fasiləsiz və qüsursuz fəaliyyəti ilə xidmətinizdədir.
Rəylər