Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
"Bank BTB"nin maliyyə göstəricilərində müsbət artım dinamikası davam edir
"Bank BTB" 3-cü rüb üzrə maliyyə göstəricilərini açıqlayıb. Bu dəfə də bank bütün göstəricilər üzrə müsbət dinamikanı qoruyub saxlayıb.
Beləliklə, cari ilin 9 ayı ərzində bankın xalis əməliyyat mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artaraq 3.8 milyon manata çatıb. Bankın xalis faiz gəlirləri 2023-cü ilin 9 ayının yekunları ilə müqayisədə 9% artaraq 9.0 milyon manat, qeyri-faiz gəlirləri 24% artaraq 4.3 milyon manat, xalis qeyri-faiz gəlirləri isə 78% artaraq 2.7 milyon manat təşkil edib.
Bank İpoteka kreditləri üzrə mövqeyini qoruyur və aparıcı banklardan biri olaraq 2024-cü ilin 9 ayı ərzində Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu xətti ilə 133 müştəriyə 13.1 milyon manat həcmində, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi xətti ilə 43 müştəriyə 2.4 milyon manat həcmində kreditlər rəsmiləşdirib. Onu da qeyd edək ki, bu göstəricilər 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 20% artım deməkdir.
2024-cü ilin 3-cü rübünün sonuna Bankın məcmu kapitalı 51.4 milyon manat təşkil etmişdir, bu da Mərkəzi Bankın minimum tələbindən (50 milyon manat) yüksəkdir. Məcmu kapitalın adekvatlıq göstəricisi 21% təşkil etməklə, Mərkəzi Bankın minimum tələbini (10%) əhəmiyyətli dərəcədə üstələyir. Cari il ərzində "Bank BTB" nizamnamə kapitalını yeni emissiya hesabına 5 milyon manat artırıb.
Bankın ani likvidlik əmsalı isə 103% təşkil edir, bu da Mərkəzi Bankın minimum tələbindən 3 dəfə artıqdır (Mərkəzi Bankın minimum tələbi - 30%).
"Bank BTB" ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 19.03.2010-cu il tarixli 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 xidmət nöqtəsilə müştərilərə korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini təqdim edir.
Bankın təqdim etdiyi məhsul, xidmət və kampaniyalar barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan "Facebook" (www.facebook.com/bankbtb) və "Instagram" (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 "WhatsApp" (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.
Rəylər