Yerli qəhvə brendlərindən biri olan "Cafe Botanist" məhsul keyfiyyətinə nəzarəti daha da gücləndirmək məqsədilə artıq desert və çörək istehsalına başlayıb.
"Botanist" üçün desert, sadəcə, qəhvənin yanında təqdim olunan əlavə məhsul deyil. Brendin məqsədi qonaqlara həm dad, həm də istifadə olunan xammalın keyfiyyəti baxımından yüksək standartlara cavab verən məhsullar təqdim etməkdir.
"Botanist"in desertləri balanslaşdırılmış reseptlərlə, daha az şəkərdən, keyfiyyətli yağ, süd məhsulları, şokolad, meyvə və digər seçilmiş xammallardan istifadə edilməklə hazırlanır. Məqsədimiz şirinlik balansını qoruyaraq, desertlərin yüngüllüyünü və inqrediyentlərin təbii dadını ön plana çıxarmaqdır.
Hazırda qonaqların sevdiyi sebastyan, tiramisu, lotus və digər desertlər istehsal olunur. Bununla yanaşı, "Botanist" assortimentini genişləndirərək evsayağı, meyvəli və mövsümi desertlər üzərində də işləyir.
"Botanist"də bəyəndiyiniz desertləri bütöv tort formasında da sifariş edə bilərsiniz.
"Cafe Botanist" çörək məhsullarını da özü hazırlayır. Mayasız və gündəlik hazırlanan çörəklər filiallara təzə şəkildə çatdırılır. Beləliklə, məhsulların tərkibinə, təzəliyinə və keyfiyyətinə birbaşa nəzarət edilir.
"Cafe Botanist" komandası üçün əsas məqsəd, sadəcə, hazır məhsul təqdim etmək deyil, qonağa təqdim olunan hər bir məhsulun necə və hansı xammaldan hazırlandığını bilmək və keyfiyyətə istehsalın ilk mərhələsindən etibarən nəzarət etməkdir.
Təxminən dörd ildir fəaliyyət göstərən yerli brend "Cafe Botanist" menyu, xidmət və məhsul keyfiyyətini davamlı şəkildə inkişaf etdirməyi əsas prinsiplərindən biri hesab edir. Öz desert və çörək istehsalının yaradılması da bu inkişafın növbəti mərhələsidir.