Bəzi dadlar qəhvəni tamamlayır, bəziləri isə masaya gələn kimi bütün diqqəti öz üzərinə çəkir. "Cafe Botanist" desertləri ikinci kateqoriyadandır.
Burada seçim etmək düşündüyünüzdən bir az daha uzun çəkə bilər. "Sebastian"", Tiramisu", "Lotus", "Black Forest", "Pavlova", "Bounty Cake" və maffinlər... Hər biri fərqli dad, tekstura və əhval üçün hazırlanıb. Ona görə də hər dəfə eyni seçimi etmək heç də asan deyil.
Kremli və yumşaq teksturası ilə "Tiramisu", şokolad sevənlər üçün "Black Forest", daha yüngül seçim axtaranlar üçün "Pavlova", zəngin dadı ilə "Sebastian", kokos və şokoladın tanış duetini birləşdirən "Bounty Cake"... Bəzən seçim həmin gün içdiyiniz qəhvədən, bəzən əhvalınızdan, bəzən də sadəcə həmin an hansı dadın daha cəlbedici görünməsindən asılı olur.
"Cafe Botanist" öz mətbəxində hazırlanan desertləri birləşdirən əsas detal isə balansdır. Şirinlik digər dadları kölgədə qoymur, teksturalar və inqrediyentlər bir-birini tamamlayır. Məqsəd ilk tikədə güclü təəssürat yaradıb bununla kifayətlənmək deyil. Desert son tikəyə qədər eyni zövqlə davam etməlidir.
Elə buna görə də qəhvə və desert "Botanist"də bir-birinin yanında təsadüfən yer almır. Səhər qəhvəsinin yanında kiçik bir maffin, gün ərzində fasiləni bir qədər uzadan "Tiramisu" və ya dostlarla görüşdə masaya gələn "Sebastian"... Desert günün müxtəlif anlarında özünə yer tapa bilir.
Bəzən isə seçim qəhvədən də əvvəl edilir. Hansı deserti istədiyinizi artıq bilirsiniz, sadəcə onun yanında hansı qəhvənin daha yaxşı gedəcəyinə qərar vermək qalır.
"Botanist" üçün desertin maraqlı tərəfi də məhz budur: onun üçün xüsusi bir səbəbə ehtiyac yoxdur. İş arasında qısa fasilə, uzun söhbət, həftəsonu görüşü və ya sadəcə özünüz üçün ayırdığınız yarım saat kifayətdir. Bu dadları "Cafe Botanist Azadlıq"da da tapa bilərsiniz.
Üstəlik, hər desertin öz auditoriyası yaranır. Kimsə "Botanist"i "Sebastian"la xatırlayır, kimsə hər dəfə "Tiramisu" seçir, digəri isə yeni bir dad sınamaq üçün əvvəlki seçimindən vaz keçir. Beləcə, bir müddət sonra menyuda sadəcə desert adları deyil, artıq öz favoritləriniz olur.
"Cafe Botanist"də isə bir deserti seçmək, çox vaxt digərini növbəti görüşə saxlamaq deməkdir.