2022-ci ildə “Samsung Electronics” 2050-ci ilə qədər sıfır karbon tullantısına nail olmaq məqsədilə əsasını qoyduğu ətraf mühit strategiyasını elan edib.
Bu strategiyanın bir hissəsi olaraq, “Samsung” öz məhsullarının plastik hissələrində təkrar emal materialların istifadəsini genişləndirəcəyini açıqlayıb. 2030-cu ilə qədər şirkət istehsalın 50%-də bu cür materiallardan istifadə etmək, 2050-ci ilə qədər isə bu rəqəmi 100%-ə çatdırmaq niyyətindədir.
“SolarCell Remote Samsung”un ətraf mühitə sadiqliyinin bir nümunəsidir və onun istehsalının üçüncü ildönümünü qeyd edən “Samsung Newsroom” bu yaşıl məhsulun 2021-ci ildə ilk dəfə buraxılmasından bəri keçdiyi inkişaf yolundan bəhs edir. Təfərrüatları “H/W Platform Laboratoriyası”ndan Con Keun Li və “Mecha Solution Laboratoriyası”ndan Hyun Co Kim izah edirlər.
Birdəfəlik batareyalara ehtiyacı aradan qaldırın
“Samsung Electronics”, işlənmiş batareyaların atılmasının ətraf mühitə təsirləri ilə mübarizə aparmaqdan ötrü “SolarCell Remote” inkişaf etdirib. Bu, günəş işığı və ya daxili süni işıqlandırma ilə doldurula bilən günəş paneli (batareyası) ilə təchiz edilmiş sənayenin ilk təkrar doldurulan uzaqdan idarəetmə pultudur. Pult, həmçinin USB-C naqili ilə doldurula bilər, yəni doldurmağın bir çox yolu var.
“H/W Platform Laboratoriyası”ndan Con Keun Li deyir:
"SolarCell Remote batareyasının istehsaldan başlayaraq atılmaya qədər keçən dövr ərzində buraxdığı karbon izi birdəfəlik batareyaların istehsalı zamanı atılanın təxminən üçdə birini təşkil edir.
Birdəfəlik batareyaların istifadəsinin aradan qaldırılması resurs istehlakını azaltmaqla yanaşı, həm də batareyaların istehsal həcmini azaldaraq karbon qazı emissiyalarını da endirir."
“H/W Platform Laboratoriyası”ndan Con Keun Li
Digər diqqətəlayiq xüsusiyyət onların enerji istehlakının azlığıdır. “SolarCell Remote” adi pultların istehlak etdiyi enerjinin təxminən 10%-i ilə çalışmaq üçün nəzərdə tutulub. "Samsung lazımsız çıxışları və əməliyyatları kökündən aradan qaldıraraq əhəmiyyətli irəliləyiş əldə edib və nəticədə əhəmiyyətli enerji qənaətinə nail olub", - deyə Li bildirib.
“SolarCell Remote” 55 tondan çox tullantını təkrar emal edir
“SolarCell Remote” pultunda istifadə olunan plastikin 24 faizi təkrar emal edilmiş materiallardan gəlir. Bu da o deməkdir ki, illik 10 milyon “SolarCel“” pultunun istehsalı üçün 55 tondan çox tullantı təkrar emal edilir. Bu, adi materiallarla müqayisədə karbon dioksid emissiyalarının təxminən 18% azalmasına bərabərdir.
“Mecha Solution Laboratoriyası”ndan Hyun Co Kim
Bu, asan olmayıb. Təkrar emal edilmiş tullantılardan alternativ materialların hazırlanması və tətbiqi vaxt və səy tələb edir. “Mecha Solution Laboratoriyası”ndan Hyun Co Kim belə deyir:
“Okean tullantıları ilə bağlı artan narahatlıq səbəbindən biz bir çox həll yollarını diqqətlə nəzərdən keçirdik. Nəticədə, 2023-cü ildə “SolarCell” dayaqlarının 20%-ni hazırlamaq üçün atılmış balıq torlarından təkrar emal edilmiş plastikdən istifadə etmək qərarına gəldik”.
“Gələcəkdə biz bu resursların istifadəsini genişləndirmək və təkrar emal olunmuş plastikdən daha fəal istifadə etmək niyyətindəyik. Bu ildən başlayaraq atılan balıq torlarından hazırlanan təkrar emal plastikindən istifadə etməyə başladıq. Bu, bahalı və mürəkkəb proses olsa da, biz gündəlik davamlılıq missiyamıza töhfə verən daha yüksək keyfiyyətli materiallar əldə edirik", - deyə Kim əlavə edib. Bu məhsulun davamlı dizaynını nəzərə alaraq, “Time Magazine” “SolarCell Remote” pultunu "2022-ci ilin ən yaxşı ixtiraları"ndan biri olaraq seçib.
Bütün “Samsung 2023 Lifestyle” televizorları “SolarCell Remote” ilə təchiz olunub. “Samsung”un məqsədi daha yaşıl məhsul və prosesləri müxtəlif regionlarda daha geniş modellərə çatdırmaq və istehlakçılara daha yaşıl həyat tərzi sürməyə imkan yaratmaqdır. Samsung ən son versiyasında SolarCell Remote-un ölçüsünü 22% azaldıb. Bu, istifadəni rahatlaşdırmaqla bərabər daha az plastik deməkdir. "SolarCell Remote” daha kiçikdir və istehlakçıların əlinə rahat yatır ki, bu, istifadəni daha da sadələşdirir", - deyə Li izah edib.
Optimallaşdırılmış yanaşma ilə ekoloji təhlükəsizlik strategiyası
“Samsung”un “SolarCell”in davamlılığının yaxşılaşdırılması istiqamətində atacağı növbəti addımlar hansılardır?
Kim suala belə cavab verir:
“Plastikdən istifadəni azaltmaqdan ötrü yüngül, nazik və kiçik cihazlara doğru irəliləməyə davam edirik. Biz daha az resurs və enerji sərf edən istifadəçi yönlü uzaqdan idarəetmə pultu yaratmağa çalışırıq. “Samsung”un əsas məqsədi istifadəçilərə material və enerji istehlakını azaltmaqla yanaşı məhsulları minimum səylə idarə etmək imkanı verməkdir. Bu, bir gün pultdan tamamilə qurtulacağıq anlamına gələ bilər. “SolarCell Remote” gündəlik davamlılığa doğru cəsarətli bir addımdır və biz hamıya bundan sonrakı addımlarımızı göstərmək üçün artıq səbirsizlənirik”.
“SolarCell Remote”un daha yaşıl həyat tərzinə doğru iddialı səyahəti hələ yenicə başlayır.
Rəylər