“Expressbank” ASC 2023-cü il II rüb üzrə maliyyə nəticələrini açıqlayıb. Bank ikinci rübü 6,3 milyon manat xalis mənfəətlə tamamlayıb. Bankın aktivləri isə 490 milyon manata çatıb.
Kredit portfelində artım
Ötən ilin sonu ilə müqayisədə bankın kredit portfelinin həcmi 18% artaraq, 350,55 milyon manat olub. Artım həm istehlak, həm də biznes kreditlərində müşahidə edilib.
Belə ki:
- istehlak kreditləri 10,0% artım ilə 175,34 milyon manat;
- biznes kreditləri isə 9,8% artım ilə 105,19 milyon manat təşkil edib.
Faiz və qeyri-faiz gəlirləri üzrə artım:
Kredit portfelindəki müsbət dinamika faiz gəlirlərinə də təsir göstərib. Bankın faiz gəlirləri 14,4% artaraq, 26,95 milyon manata yüksəlib. Qeyri-faiz gəlirləri isə 9,2 milyon manata çatıb.
Depozit portfelinin həcmində artım:
Cari ilin ikinci rübü üzrə depozit portfelinin həcmi 196,04 milyon manata yüksəlib. Portfelin 155,45 milyon manatını fiziki şəxslərin banka yatırdığı əmanətlər və cari hesablar təşkil edib.
Qeyd edək ki, “Expressbank” ASC beynəlxalq reytinq agentliyi “Fitch Ratings” tərəfindən “B” səviyyəli “stabil” proqnozu ilə təsdiqlənib. Bu reytinq ölkə bankları sırasında yüksək nəticələrdən hesab edilir.
“Expressbank” Bakı və regionlarda 15 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, “132” məlumat mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.