Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İranda qadınları hicab taxmağa təşviq edən məmurun intim görüntüləri yayılıb
İranın Gilan vilayətinin Mədəniyyət Nazirliyinin rəhbəri olan Reza Sekatinin (o həmçinin hicab taxmaq qaydalarına riayət olunmasına nəzarət edən məsul şəxsdir) internetə intim görüntüləri sızıb.
Bu barədə rusiyalı şərqşünas, yazıçı Mariya Kiça özünün sosial şəbəkə hesabında məlumat verib
Sosial şəbəkələrdə yayılan görüntülərdə Reza Sekatinin bir gənclə cinsi əlaqədə olduğu əks olunub.
Videodakı digər şəxsin kimliyi müəyyən edilməyib.
Qeyd olunur ki, Mədəniyyət Nazirliyinin direktoru evlidir, üç qızı var.
O, bir müddət əvvəl hicab satılan hipermarketin açılışında iştirak edib və insanları baş örtüyünə təşviq edən nitqlə çıxış edib.
İran hakimiyyətinin aidiyyəti qurumları hələlik Reza Sekatinin videosuna heç bir şərh verməyib.
Rəylər