Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"Kapital Bank"ın 30 000 000 manat həcmində istiqrazının abunə yazılışı başladı
7 may 2025-ci il tarixində "Kapital Bank"ın 30 000 000 (otuz milyon) manat həcmində istiqrazlarının abunə yazılışına bankın filial və şöbələrində start verilib. İstiqraz sahibi olmaq istəyən müştərilər 21 may 2025-ci il tarixinədək ən yaxın "Kapital Bank" filialına yaxınlaşa bilərlər.
"Kapital Bank"ın manat istiqrazlarını əldə edən hər kəs illik gəlirini nə az, nə çox 11% artıra bilər. Təklif edilən istiqrazların hər birinin nominal dəyəri 100 AZN, faizlərin ödəniş dövrü 30 gündən bir, tədavül müddəti 1 ildir.
Maliyyə bazarının bu unikal təklifi müştərilərə aylıq gəlir qazandırır.
Qeyd edək ki, istiqrazların abunə yazılışı ilə bağlı bütün komissiyalar bank tərəfindən ödənilir.
Ölkənin birinci bankı olan "Kapital Bank" "PAŞA Holding"ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, "196" sorğu mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün- https://kbl.az/prgtk, "Birbank" kartı sifarişi üçün - https://kbl.az/prcrc.
"Kapital bank" teqi üzrə xəbərlər
- "Birbank Biznes"dən xanım sahibkarlar üçün daha bir fürsət: "She's Next"lə 15 000 AZN qazanmaq şansı
- "Birbank Private" beynəlxalq "International Investor" nəşri tərəfindən mükafata layiq görülüb
- Vətəndaşların məlumatları banklardan oğurlanaraq satışa çıxarılıb? - AÇIQLAMA
- Möhtəşəm kampaniya: "Birbank Visa" taksit kartı sahibləri üçün əlavə keşbek imkanı
- "Kapital Bank" 2025-ci ilin birinci rübü üzrə maliyyə nəticələrini elan edib