Mükafatın qalibləri mükafatlandırma mərasimində elan olunacaq.
“NETTY 2019”-un - Azərbaycanın Milli internet-mükafatının nominantları müəyyən edilib. İştirakçıların ümumi sayından Virtual Münsiflər Heyətinin və Ekspert Şurasının səsvermə nəticəsinə görə mükafatın nominantı olan saytlar, səhifələr və proqramlar seçiliblər.
Nominantların yekun siyahısı ilə mükafatın saytında (https://www.netty.az/nominants) tanış olmaq olar. Müsabiqə qaliblərinin müəyyən edilməsi üçün Mükafatın Akademiyası səsverməyə başladı. Daxili səsvermə əsasında Akademiyanın nümayəndələri mövcud nominasiyalardan hər birində bir qalibi müəyyən edəcəklər.
Nominantlar içərisindən qaliblər 19 iyunda mükafatlandırmanın rəsmi mərasiminin gedişatında elan ediləcəklər. Bütün nominantların nümayəndələri mərasimdə iştiraka dəvət ediləcək.
Eyni zamanda, Akademiyanın qərarı ilə “Milli informasiya texnologiyalarının zənginləşdirilməsinə görə” və “İlin İT hadisəsi” fəxri nominasiyalarında qaliblər elan ediləcək. Həmçinin “İlin Mobil proqramı”, “Virtual Münsiflər Heyətinin Seçimi”, “Ən yaxşı videolayihə” nominasiyalarının qaliblərinin mükafatlandırılması olacaq.
Cari ildə, müsabiqə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Mədəniyyət Nazirliyinin rəsmi dəstəyi ilə keçirilir.
Mükafatın baş partnyoru - “NAR”.
Qızıl partnyor - “AZCLOUD”.
Gümüşü partnyor - “FOMINOV Consulting”.
“BakuTel” sərgisi, “SmartHost”şirkəti, “Golden Pay” şirkəti, “Mihome.az” mağazalar şəbəkəsi, “Renley.az” veb-agentliyi mükafatın partnyorları qismində çıxış edirlər.
Layihənin informasiya partnyorları: “Infocity.az”, “Technote.az”, “Oxu.az”, “Media.az”, “Urban.az”, “DeJure.az”, “Salamnews.org” saytları, CBC və ITV telekanalları.
“NETTY Azərbaycan” Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib. “NETTY” - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılan informasiya texnologiyalar sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.
Mükafatla bağlı əməkdaşlıq məsələləri üzrə info@netty.az ünvanına müraciət edə bilərsiniz.
