Azərbaycanda oyun mədəniyyəti son illər ciddi templə inkişaf edir və bu inkişafın arxasında dayanan əsas qüvvələrdən biri də "Kontakt" mağazalar şəbəkəsidir. Şəbəkə dünya oyun sənayesinin ikon brendi olan "PlayStation"un ölkəmizdəki rəsmi və eksklüziv distribütoru olaraq oyunsevərlərə bütün yenilikləri, limitli seriyaları və qlobal kampaniyaları ən operativ şəkildə təqdim edir, indi həm də eksklüziv qiymətə.
Niyə "PlayStation"u "Kontakt"dan almaq lazımdır?
- Orijinal və etibarlı - bütün məhsullar rəsmi lisenziyalı və istehsalçı zəmanətlidir;
- Eksklüziv yeniliklər - yeni nəsil "DualSense" kontrollerləri, xüsusi dizaynlı konsollar və limitli kolleksiyalar yalnız "Kontakt"da təqdim olunur;
- Tam dəstək və rahatlıq - stabil qiymət siyasəti, rəsmi servis və texniki dəstək oyunsevərlərə maksimum etibar təmin edir.
Eksklüzivlik qiymətdə də öz sözünü deyir: "PlayStation 5 Slim 1 TB" cəmi 1 000 AZN.
"Kontakt"da ilin ən böyük endirim kampaniyası olan "Böyük Cümə"də "Playstation" xəttinə də xüsusi təklif var. Belə ki, yalnız dekabrın 4-dək bütün "Kontakt" mağazalarında və kontakt.az saytında "PlayStation 5 Slim 1 TB" modelini 1 300 əvəzinə, cəmi 1 000 manata ala bilərsiniz. Həm də endirimli qiyməti 24 aya bölərək almaq imkanı var. Xüsusi təkliflər digər "PlayStation" məhsullarına da şamil olunur və məhz "Kontakt"ın eksklüziv distributorluğu sayəsində mümkündür.
Odur ki, kampaniya bitmədən "Kontakt"a tələsin və orijinal, rəsmi zəmanətli "PlayStation" məhsullarını eksklüziv distribütorundan alın.
Qeyd edək ki, "Kontakt" mağazalar şəbəkəsi Azərbaycanda 50-dən çox mağaza və 100-dən artıq beynəlxalq brendin rəsmi partnyorluğu ilə illərdir regionda öz liderliyini qoruyub saxlayır. Üstəlik, ölkə sərhədlərini aşan şəbəkə Gürcüstanda beş mağaza olaraq fəaliyyət göstərir.