”XCMG” Çin Xalq Respublikasının maşınqayırma sahəsinin lider şirkəti olaraq, rəsmi nəşrlərin reytinqlərinə uyğun Rusiyada 1-ci, dünya bazarlarında isə 3-cü yeri tutan şirkətdir. Azərbaycanda ”XCMG” şirkətinin rəsmi təmsilçisi olaraq “Promex Tech AZ” adı altında fəaliyyətə başlamışıq və qısa müddət ərzində önəmli nailiyyətlər əldə edə bilmişik. Bu günlərdə keçirilən “BakuBuild” sərgisinə qatılaraq, ziyarətçilərə həm şirkət haqqında, həm də yerli bazara təqdim etdiyimiz məhsullar barədə geniş məlumat vermişik”.
Tədbir təşkilatçılarına minnətdarlığını bildirən “Promex Tech AZ” şirkətinin təsisçilərindən biri olan Xəyyam Nisanov isə qeyd edib ki, şirkət tikinti texnikası və avadanlıqlarının istehsalı ilə məşğul olaraq dünya bazarında ən geniş məhsul xəttini təqdim edir:
“Şirkətimiz dünyanın aparıcı istehsalçılarından maşın, avadanlıq və ehtiyat hissələrinin birbaşa, kompleks tədarükünün həyata keçirilməsində ixtisaslaşıb. Şirkət müxtəlif sənaye sahələrində istifadə üçün maşın və avadanlıqların tam çeşidini təklif edir. Şirkətimizin əsas vəzifəsi istehlakçıları aparıcı dünya istehsalçılarının müasir tikinti, yol, sənaye maşın və avadanlıqları, eləcə də ehtiyat hissələri ilə təmin etməkdir.
Məlumdur ki, ölkəmizdə sahibkarlığın və biznesin inkişafına dəstək yüksək səviyyədədir. Bu baxımdan beynəlxalq şirkətlərlə əməkdaşlıq etmək çox vacibdir. Eyni zamanda yaxın günlərdə “Promex Tech AZ” şirkəti tərəfindən təşkil olunan “XCMG” şirkətinin rəsmi xidmət mərkəzi fəaliyyətə başlayacaq ki, bu da bizim ümumi fəaliyyətimizə böyük töhfə verəcək. Ümumilikdə Azərbaycanda 74 növdən artıq 1000 çeşidə yaxın genişlənmiş məhsul xəttini təqdim etməyi planlaşdırırıq. İlk sifariş olunan texnika nümunələri artıq ölkəyə daxil olub müştərilərimizə təhvil verilib. Bütün təqdim etdiyimiz texnika nümunələri Avropanın EAC sertifikatına malikdir və tam rəsmi zəmanətlidir. Zəmanət tam rəsmi “XCMG” şirkəti tərəfindən təmin olunur.
Hazırda “Promex Tech AZ” şirkəti Azərbaycanda yeganə akkreditə olunmuş “XCMG” şirkətinin mühəndis dəstəyini təqdim edən şirkətdir. Müştərilərin tələbatlarını ən yüksək səviyyədə təmin etmək üçün “XCMG” şirkətinin mühəndis heyəti şirkətimizin baş ofisində daim təmsil olunur”.
“Promex Tech AZ” şirkəti ilə əməkdaşlıq etmək istəyənlər aşağıdakı vasitələrlə əlaqə saxlaya bilərlər:
Tel: (051) 252-51-11
Email: Info@promextech.az