Bakı Təşəbbüs Qrupunun Ofisinin açılışı keçirilib.
Oxu.Az xəbər verir ki, açılış mərasimində qurumun rəsmiləri, yerli və əcnəbi qonaqlar, o cümlədən Bakı Təşəbbüs Qrupunun rəhbəri Abbas Abbasov iştirak edib.
O, jurnalistlərə Bakı Təşəbbüs Qrupunun vəzifələri və məqsədi barədə məlumat verib.
Bakı Təşəbbüs Qrupunun ofisi “Winter Park Plaza”da yerləşir.
Aysel Aslan