2016-cı ildən fəaliyyət göstərən "TOURGOOD TRAVEL" beynəlxalq turizm operatorları üzrə qazandığı birinciliklər və yüksək satış göstəriciləri ilə Azərbaycan turizm sektorunda diqqət çəkir. Şirkətin uğurlarında rəhbər Turqut Hüseynovun idarəçilik təcrübəsi, peşəkar komanda işi və inkişaf strategiyası mühüm rol oynayır.
"TOURGOOD TRAVEL" Türkiyə, Misir, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər və Tayland istiqamətləri üzrə fəaliyyəti ilə seçilir.
Şirkətin təqdim etdiyi məlumata əsasən, "TOURGOOD TRAVEL" BƏƏ istiqamətində beynəlxalq turizm operatoru "Rustar Tourism" üzrə Azərbaycan birinciliyini qazanıb. Qətərin Doha istiqamətində isə Kazunion tur operatoru üzrə üç il ardıcıl birinci yerə layiq görülüb.
Şirkətin əvvəlki illərdəki nəticələri də diqqət çəkir. "TOURGOOD TRAVEL" Türkiyə istiqamətində beş il, Misir istiqamətində isə üç il ardıcıl satış liderliyi əldə etdiyini bildirir. Bundan əlavə, tanınmış premium hotel brendi "Rixos Hotels" üzrə də Azərbaycanda yüksək satış göstəriciləri ilə fərqlənir.
Turqut Hüseynovun rəhbərliyi altında şirkətin müxtəlif turizm istiqamətləri üzrə əldə etdiyi nəticələr onun bazardakı mövqeyini möhkəmləndirir. Beynəlxalq tərəfdaşlarla uzunmüddətli əməkdaşlıq, müştəri məmnuniyyətinə diqqət və xidmət keyfiyyətinin qorunması şirkətin fəaliyyətinin əsas istiqamətlərindəndir.
"TOURGOOD TRAVEL" qarşıdakı dövrdə də fəaliyyət coğrafiyasını genişləndirməyi, beynəlxalq əməkdaşlıqları inkişaf etdirməyi və satış göstəricilərini artırmağı hədəfləyir. Şirkətin ardıcıl illərdə qazandığı uğurlar isə Turqut Hüseynovun rəhbərliyi altında formalaşan inkişaf strategiyasının əsas nəticələri kimi təqdim olunur.