Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
"Xalq Bank"da qiymətli metal hesabı
"Xalq Bank" müştərilərə investisiya fəaliyyətini genişləndirmələri üçün fiziki olmayan qızıl və gümüşün əldə edilməsi və hesabda saxlanılması üzrə xidmətləri təklif edir. Bunun üçün "Xalq Bank"da qiymətli metal hesabı açmaq və hesaba mədaxil olunan pul vəsaitlərini bankın daxili məzənnəsi ilə qiymətli metala dəyişmək kifayətdir.
Hazırda qiymətli metal hesabı müxtəlif risklərdən qorunmaq üçün ən populyar və effektiv aktivlərdən sayılır. İstənilən vaxt hesabda olan metal qalığı Bankın daxili məzənnəsi ilə satılaraq yenidən pul vəsaitinə çevrilə bilər. Həmçinin, qiymətli metalın hesabda saxlanılması əlavə xərc yaratmır. Hesabın qalığı troy unsiyası ilə əks olunur. Qeyd edək ki, "Xalq Bank"da qiymətli metal hesabının açılması pulsuzdur və hesaba ilkin mədaxil məbləği tələb olunmur. Bankla bağlanılan bir əqd üzrə qiymətli metalın miqdarı min. 1 XAU/XAG troy unsiyası təşkil etməlidir.
Müştərilər xidmətdən yararlanmaq üçün "Xalq Bank"ın filiallarına müraciət edə bilərlər.
"Xalq Bank"ın məhsul və xidmətləri barədə məlumatları bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.
"Xalq Bank" teqi üzrə xəbərlər
- "Xalq Bank" yenilənmiş fərdi bankçılıq ofisini istifadəyə verdi
- "Xalq Bank" 20 il xidmətinizdə
- "Xalq Bank" və "Qatar Airways"dən eksklüziv kampaniya!
- Moody`s Ratings beynəlxalq agentliyi Xalq Bankın reytinqini yüksəltdi
- "Xalq Bank" və "Baku City Residence" xüsusi kobrend "Visa" kartını təqdim ediblər
Rəylər