“Xalq Bank” biznes sahiblərinə sərfəli əməkdaşlıq şərtlərindən yararlanmaq və bank xərclərini azaltmaq imkanı verən kampaniyaya start verir.
3 ay davam edəcək kampaniya müddətində “Xalq Bank”da yeni hesab açan hüquqi şəxs və fərdi sahibkarlara 6 oktyabr tarixədək aşağıdakı bank komissiyalarına 50% güzəşt tətbiq ediləcək:
- əməkhaqqı köçürmələri;
- ölkədaxili manat köçürmələri;
- ölkəxarici valyuta köçürmələri;
- nağdlaşdırma.
“Xalq Bank” müştərisi olmaqla biznes sahibləri həm də Bankın təklif etdiyi bir sıra bank məhsul və xidmətlərindən PULSUZ yararlana biləcəklər:
- сari hesabın açılması;
- 3 illik əməkhaqqı kartları;
- biznes kartları;
- konvertasiya əməliyyatı;
- XalqOnline İnternet və Mobil Bankçılıq sisteminə qoşulma.
Bank xidmət və məhsulları, eləcə də kampaniyalar və yenilikləri haqqında ətraflı məlumatı “Xalq Bank”ın rəsmi “Facebook” və “Instagram” səhifələrindən, eləcə də https://www.xalqbank.az/ saytından və 138 Məlumat mərkəzindən əldə edə bilərsiniz.
Rəylər