Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Dünyanın ən etibarlı mühərrikləri açıqlandı
3,0 litrlik BMW M57 tarixin ən etibarlı dizel mühərriki kimi tanınıb.
Reytinq “HotCars” portalı tərəfindən tərtib olunub.
BMW M57 1998-2013-cü illərdə istehsal olunub və 181-282 at gücü hasil edib. BMW-nin 3, 5, 6 və 7-ci seriyaları, eləcə də müxtəlif BMW X krossoverləri bu mühərriklə təchiz edilib. “HotCars”ın avtomütəxəssisləri bu mühərriki problemsiz və etibarlı adlandırıblar. Onun istismar müddəti 805 min kilometrə çatır.
İkinci yeri bu gün də istehsalı davam edən 3,0 litrlik “Jaguar Land Rover AJD V6” mühərriki tutub. O, “Jaguar XF”, “Jaguar XJ” və “Range Rover” yolsuzluq avtomobillərində quraşdırılıb. Mühərrikin gücü 221 ilə 275 at gücü arasında dəyişir.
Üçüncü yerdə 140-190 at gücünə malik 2,0 litrlik “Audi TDI” mühərriki qərarlaşıb. 2003-cü ildən istehsal olunan qurğu “Audi A3”, “Audi A4”, “Audi Q5” və “Volkswagen Passat”ın kapotu altında yer alıb.
İlk beşliyi 6,6 litrlik “Chevrolet Duramax” və 2,4 litrlik “Volvo D5” tamamlayır.
Həmçinin, reytinqə 4,2 litrlik “Toyota 1HD-FTE”, 1,9 litrlik “Volkswagen TDI”, 7,3 litrlik “Ford Power Stroke”, 5,9 litrlik “Cummins” və 3,0 litrlik “Chrysler EcoDiesel” kimi mühərriklər də daxildir.