Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Yağsız məhsullar: İstehlakçılar üçün kalorili tələ
Yağsız məhsullar orqanizmə fayda vermir, əksinə tərkibinə qatılanlar kaloriliyini bir neçə dəfə artırır.
Oxu.Az-ın məlumatına görə, bu barədə rusiyalı endokrinoloq Mariya Kaloşina "RIA Novosti"yə müsahibəsində bildirib.
O vurğulayıb ki, zülal, kalsium və digər makro və mikroelementlər lipidlər olmadan insan orqanizmində mənimsənilmir. Kaloşina əlavə edib ki, belə məhsullar adamı doyuzdurmur, daim aclıq hissi qalır.
Endokrinoloq qeyd edib ki, yağsız süd məhsullarına nişasta, şəkər və qatılaşdırıcılar əlavə olunur ki, bu da onların kaloriliyini bir neçə dəfə artırır.
Onun sözlərinə görə, alıcılar 3.5% orta yağlılıq faizi olan məhsulları seçməlidirlər.
"Həkim məsləhəti" teqi üzrə xəbərlər
- Bel, kürək və başda ağrının səbəbləri - Skoliozun müalicəsi necə aparılmalıdır?
- Bəzi vitaminlərin çox qəbulu orqanizmə ziyan vurur - Həkimdən XƏBƏRDARLIQ
- Piyləri artıq kaloriləri yandırmağa məcbur edəcək üsul ixtira edildi
- Mədəsində problem olanlara zərərli olan qidalar - SİYAHI
- Qan damarlarını gücləndirmək üçün ən yaxşı məhsullar açıqlandı