Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Qəribə obyekt: Elm adamları uzaq qalaktikadan gələn siqnaldan təşvişə düşürlər - FOTO
Günəşə çox bənzəyən çoxlu kiçik ulduz arasında bütün müşahidələr tarixində ən güclü işıq parıltısından biri qeydə alınıb.
Astronomlar “AT 2022aedm” olaraq qeydə alınan hadisənin mümkün xarakteri haqqında düşünürlər. O, 30 dekabr 2022-ci ildə asteroidləri izləmək üçün nəzərdə tutulmuş teleskoplar vasitəsilə qeydə alınıb. Həmin işıq parıltısı həqiqətən ağlasığmaz dərəcədə olub. Kəşf olunduqdan on gün sonra onun 100 milyard Günəş gücünə malik olduğu bildirilib. Sonra o, solmağa başlayıb, həm də çox sürətlə: bir neçə həftə ərzində demək olar ki, tamamilə sönüb.
2022-ci ildə Yerdən iki milyard işıq ili uzaqlıqda baş vermiş naməlum təbiətli işıq parıltısı
Alimlər müəyyən ediblər ki, elliptik qalaktikada təxminən iki milyard işıq ili məsafəsində müəmmalı hadisə baş verib. Qeyd etmək lazımdır ki, ümumiyyətlə, yaşca belə qalaktikalar spiral qalaktikalarla (bizim “Süd Yolu” qalaktikası kimi) eyni yaşda ola bilər. Bununla belə, onları bir növ kosmik “qocalar evi” hesab etmək olar: orada demək olar ki, heç bir yeni ulduz yaranmır, ən böyük kütləsi olan ulduzlar isə hamısı öz dövrünü çoxdan başa vurmuş, superulduzlara çevrilmiş və geridə yalnız ya qara dəliklər, ya da neytron ulduzları şəklində çökmüş nüvələr buraxıblar. Bu keçmiş ulduz nüvələrindən başqa, orada hələ də günəşəbənzər adi ulduzlar (sarı cırtdanlar) və qırmızı cırtdanlar (daha kiçik və solğun) parlamağa davam edirlər. İş orasındadır ki, belə ulduzlar çox uzunömürlü olurlar, milyardlarla il yaşayırlar. Kütləsi böyük olan ulduzlar, onlardan fərqli olaraq, cəmi on milyon il sonra sönürlər. Günəş kimi qeyri-adi ulduzlarda heç bir superpartlayış baş vermir - bunun üçün onların kütləsi çox kiçikdir. Onlar yanıb bitdikdə, heç bir işartı olmadan sakitcə qabıqlarını atır, nüvə isə ağ cırtdana çevrilir. Elliptik qalaktikanın bütün tipik “sakinləri” də məhz bunlardır.
Beləliklə, son vaxtlara qədər optika vasitəsilə görünə bilən, yəni ən azı cihazlar vasitəsilə insan gözü ilə görülə bilən ən güclü işıq parıltısı yuxarıda qeyd olunan superulduzun parıltısı, yəni çox böyük bir ulduzun “ölümü”, təkamül dövrünü başa çatdırması hesab olunurdu. Ən maraqla gözlənilən nümunə isə Orion bürcündəki Betelgeyzedir. O, Günəşdən 16-17 dəfə ağırdır və möhtəşəm bir vida partlayışı ilə püskürmək üzrədir.
Mənbə: Life.ru