Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
“Top Gear”in aparıcıları Azərbaycana gəlir - FOTO
“Top Gear” proqramının tanınmış aparıcıları Ceremi Klarkson, Ceyms Mey və Riçard Hammond yeni “The Grand Tour” verilişi çərçivəsində Azərbaycanda üç “supercar”ın test-drayvını çəkəcəklər.
Oxu.Az-ın xəbərinə görə, çəkilişlər 2018-ci ilin oktyabrın 4-dən 10-a qədər baş tutacaq.
Mütəxəssislər üç avtomobili - “Aston Martin DBS Superleggera”, BMW M850i, “Bentley Continental GT” - ölkənin beş müxtəlif şəhərlərində sürəcəklər.
Avtomobillər xüsusi reyslərlə Böyük Britaniyadan gətiriləcək.
Verilişin müəllifləri və prodüserlərinin sözlərinə əsasən, Azərbaycanda yeni avtomobillərin test-drayvı zamanı tamaşaçıları xüsusi və maraqlı sınaqlar gözləyir.