17 Ukrayna hərbçisi Rusiya ərazisinə keçib.
Oxu.Az-ın “İnterfaks”a istinadla verdiyi xəbərə görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Rostov vilayəti üzrə Sərhəd idarəsinin mətbuat xidmətinin rəsmi nümayəndəsi Nikolay Siniçın məlumat verib:
“17 silahsız Ukrayna hərbçisi Rusiya Federasiyası ərazisinə keçərək hərbi əməliyyatlardan qaçmaq üçün buraya sığınmağı xahiş edib”.
Bildirək ki, Ukraynada yazda başlayan hərbi əməliyyatlar hələ də davam edir.