ABŞ-də alimlərin tanınmış tibbi elmi jurnallarda məqalə dərc etdirməsinə qadağa qoyula bilər.
Oxu.Az-ın "RIA Novosti"yə istinadla verdiyi məlumata görə, bu barədə ABŞ-nin səhiyyə naziri Robert Kennedi bəyan edib.
Nazir, xüsusilə "The Lancet", "New England Journal of Medicine", JAMA kimi nüfuzlu nəşrləri birbaşa tənqid edərək onları "tamamilə korrupsiyalaşmış" adlandırıb.
Onun sözlərinə görə, bu nəşrlər farmasevtik şirkətlərin təsiri altındadır və obyektiv elmi informasiya mənbəyi kimi çıxış etmirlər.
Alternativ olaraq, Kennedi ABŞ Səhiyyə Nazirliyinin nəzdində yeni elmi jurnallar yaratmağı təklif edir. O bildirib ki, bu nəşrlər yüksəksəviyyəli və nüfuzlu olacaq.