Türkiyə ilə ABŞ arasında yaranan gərginliklə bağlı tərəflər arasında yüksək səviyyədə görüş keçiriləcək.
Оxu.Az bu barədə Anadolu-ya istinadən xəbər verir.
ABŞ dövlət katibinin müavini Conatan Kohenin rəhbərlik etdiyi nümayəndə heyəti Ankaraya gedib.
C. Kohen səfərdən əvvəl viza problemi ilə bağlı suala "Bu problemi mən həll etmirəm", - deyib.
ABŞ nümayəndə heyəti Türkiyə XİN aparatının rəhbəri Əhməd Muxtar Günün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirəcək.
N.H.