Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

ABŞ-də seçki ərəfəsində KXDR hərbi gücünü göstərir: Bir həftədə ikinci dəfə raket sınaqları keçirdi
Şimali Koreya ABŞ-də prezident seçkisi ərəfəsində həftə ərzində ikinci dəfə ballistik raket buraxıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Yaponiya Müdafiə Nazirliyi və Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi məlumat verib.
Onların məlumatına görə, raket Yapon dənizi istiqamətində uçub.
"KXDR uçuş hündürlüyü təxminən 100 km, məsafəsi isə təxminən 400 km olan ən azı 7 raket buraxıb", - deyə məlumatda vurğulanıb.
Xatırladaq ki, oktyabrın 31-də Şimali Koreya Yapon dənizi istiqamətində qitələrarası ballistik raket buraxmışdı (2023-cü il dekabrın 18-dən bəri ilk dəfə). Yaponiya hərbçilərinin məlumatına görə, uçuş 1 saat 26 dəqiqə davam edib, məsafəsi min km, hündürlüyü isə rekord həddə - 7 min km olub. Raket Okusiri adasından (Hokkaydonun cənub-qərb sahilindən 20 km məsafədə yerləşir) təxminən 300 km məsafədə, Yaponiyanın müstəsna iqtisadi zonasından kənarda dənizə düşüb.
"Kim Çen In" teqi üzrə xəbərlər
- Tramp Kim Çen In ilə şəxsi görüşünü istisna etmir: "O, ağıllı adamdır"
- Andrey Rudenko: "Kim Çen Inın Rusiyaya səfəri hazırlıq mərhələsindədir"
- Şimali Koreya ən yeni zenit-raket sistemini sınaqdan keçirib
- Şoyqunun Şimali Koreya lideri ilə görüşü iki saatdan çox çəkib
- Cənubi Koreyada hərbi təlimlər: Hədəf Kim Çen Inın bunkerləridir