Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
ABŞ-dən öz vətəndaşlarına TÖVSİYƏ: "Livanı tərk edin"
ABŞ Dövlət Departamenti İsrail və "Hizbullah" hərəkatı arasında münaqişə fonunda ABŞ vətəndaşlarına Livanı tərk etməyi tövsiyə edib.
Bu barədə Oxu.Az TASS-a istinadən xəbər verir.
"Hizbullah və İsrail arasındakı qarşıdurmanın gözlənilməz xarakterinə və Livanda, o cümlədən Beyrutda baş verən son partlayışlara görə, ABŞ səfirliyi ölkə vətəndaşlarını kommersiya uçuşları davam edərkən Livanı tərk etməyə çağırır", - ABŞ xarici siyasət idarəsinin bəyanatında deyilir.
Dövlət Departamenti xəbərdarlıq edib ki, təhlükəsizlik vəziyyəti pisləşərsə, kommersiya uçuşları ilə ölkəni tərk etmək imkanı olmaya bilər.
Sənəddə qeyd edilir ki, "ABŞ səfirliyi Livanda qalmağı seçən Amerika vətəndaşlarına dəstək verə bilməyəcək".
"Amerika Birləşmiş Ştatları (ABŞ)" teqi üzrə xəbərlər
- Dünya nəhəngi olan şirkət Türkiyədə dron fabriki açacaq
- İkiqat olimpiya mükafatçısı polis əməkdaşına hücum etdiyinə görə həbs edilib
- Bayden ABŞ-nin ən qədim poladəritmə şirkətini yaponlara satmaqdan imtina etdi
- Kaliforniyalı sörfçü tutduğu dalğa ilə rekordu yenilədi: Heyrətamiz görüntülər
- ABŞ-də təyyarə mebel zavodunun üzərinə düşdü: Ölən və yaralananlar var
Rəylər