Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Amerika qoşunlarının və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Əfqanıstanda hərbi cinayətlər törətdiyini bəyan edib.
Oxu.Az İnterfaks-a istinadən xəbər verir ki, bu barədə ibtidai istintaqın nəticələrinə dair BCM-in prokuroru Fatu Bensuda bəyan edib.
“Əldə olan məlumat ABŞ-ın və MKİ-nin əməkdaşları saxlanılan şəxsləri dindirərkən hərbi cinayətlərin araşdırılması üzrə komissiya tərəfindən işgəncə kimi qiymətləndirilən vasitələrdən istifadə etdiklərinə “inanmağa əsas verir” – Bensuda bildirib.
O həmçinin qeyd edib ki, amerikalılar lazımi informasiyanı almaq üçün zor və qəddarlıq tətbiq ediblər.
Onun sözlərinə görə, amerikalıların törətdikləri hərbi cinayətlərin əsas hissəsi 2003-2004-cü illərə təsadüf edir.
N.O.
www.oxu.az