Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

ABŞ husiləri terror təşkilatı kimi tanıyıb
Prezident Donald Trampın sərəncamına əsasən, ABŞ Yəmənin şimalında hakim olan "Ənsar Allah" (husilər) hərəkatını xarici terror təşkilatı kimi tanıyıb.
Oxu.Az 1prime.ru-ya istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.
"Bu gün Dövlət Departamenti prezident Trampın vəzifəyə gəldiyi zaman verdiyi ilk vədlərdən birini yerinə yetirir və mən elan edirəm ki, Dövlət Departamenti adətən husilər adlandırılan "Ənsar Allah" təşkilatını xarici terror təşkilatları siyahısına daxil edib", - dövlət katibi vurğulayıb.
Trampın müvafiq sərəncamında qeyd olunur ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən dəstəklənən husilər amerikalıların təhlükəsizliyinə və regionda sabitliyə təhlükə yaradırlar.