ABŞ-ın Zimbabvedəki səfirliyi viza verilməsini müvəqqəti olaraq dayandırıb.
Oxu.Az-ın "Report"a istinadən xəbər verir ki, buna səbəb kimi ölkə daxilindəki qeyri-sabit siyasi vəziyyət fonunda səfirlik işçilərinin çatışmazlığı göstərilib.
"ABŞ hökuməti Zimbabve Silahlı Qüvvələrinin son hərəkətlərindən olduqca narahatdır", - səfirlikdən bildirilib.
Qeyd edək ki, Zimbabvenin paytaxtı Hararedə dövlət televiziyasının və prezident Robert Muqabenin iqamətgahının hərbçilərin nəzarəti altında olduğu bildirilir.
A.S.
www.oxu.az