Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

İran nüvə danışıqlarından çıxdı
İsrailin hücumlarından sonra ABŞ ilə danışıqların altıncı raundu keçirilməyəcək.
Oxu.Az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Ələddin Borucerdi məlumat verib.
Xatırladaq ki, ABŞ və İran arasında nüvə danışıqlarının altıncı raundu iyunun 15-nə planlaşdırılmışdı.
İranın nüvə proqramı üzrə ABŞ-İran danışıqlarının altıncı raundu iyunun 15-də Maskatda keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə Omanın xarici işlər naziri Bədr əl-Busaidi "X" sosial şəbəkə hesabında yazıb.
"Məmnuniyyətlə təsdiq edirəm ki, İran-ABŞ danışıqlarının altıncı raundu bu bazar günü, iyunun 15-də Maskatda təşkil olunacaq", - deyə o vurğulayıb.
Qeyd edək ki, aprelin 12-dən bəri İran və ABŞ arasında dolayı danışıqların beş raundu keçirilib.
"ABŞ-İran danışıqları" teqi üzrə xəbərlər
- ABŞ və İran nüvə danışıqlarının bərpasını müzakirə edirlər
- İran ABŞ-dən yeni hücum olmayacağına dair zəmanət tələb edir
- KİV: "ABŞ vasitəçilərlə İrana İsrailin münaqişəni bitirmək niyyətini çatdırıb"
- Ağ Evdə parçalanma: ABŞ kəşfiyyat rəhbəri Yaxın Şərq danışıqlarından kənarlaşdırıldı
- Tramp: "ABŞ İrana sülh danışıqları aparmaq təklifi ilə müraciət etməyib"