ABŞ hökuməti İranın 50 fiziki və hüquqi şəxsinə, eləcə də bu ölkənin nəzarətində olan 50-dən çox gəmiyə qarşı sanksiyalar tətbiq edib.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, bu, 2018-ci ildən bəri ən böyük sanksiya paketidir: "Son tətbiq edilmiş 115-dən çox sanksiya tədbiri ABŞ Prezidenti Donald Tramp administrasiyasının İrana maksimum təzyiq göstərmək üzrə kampaniyaya başlamasından bəri ən böyük sanksiyalardır".
Bəyanata görə, sanksiya tətbiq edilən şəxslər, şirkətlər və gəmilər İran neftinin ticarəti ilə məşğul olan qlobal şəbəkənin bir hissəsi olublar.