ABŞ İraqın Bəsrə şəhərindəki konsulluğunu bağlamaq qərarına gəlib.
Oxu.Az “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bununla bağlı ABŞ Dövlət Departamentinin nümayəndəsi Hezer Noyert jurnalistlərə açıqlamasında məlumat verib.
“Dövlət katibi Mayk Pompeo qərar qəbul edib ki, əməkdaşlar Bəsrə konsulluğunu tərk etsin. ABŞ-ın Bağdaddakı səfirliyi Bəsrə şəhərinin sakinlərinə konsulluq xidmətləri göstərməyə davam edəcək”, - Noyert deyib
Xatırladaq ki, Bəsrə İraqın böyük şəhərlərindən biridir. Sentyabrın ilk yarısında şəhərdə hökumət əleyhinə aksiyalar keçirilib. Qəzəbli kütlə şəhər administrasiyasının binasına od vurub.