Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

ABŞ İsrailə hərbi yardımın göndərilməsini sürətləndirəcək
ABŞ hökuməti İsrailə təxminən 4 milyard dollar dəyərində hərbi yardımın çatdırılmasını sürətləndirəcək.
Oxu.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubionun bəyanatında bildirilir.
"Mən İsrailə təxminən 4 milyard dollarlıq hərbi yardımın çatdırılmasını sürətləndirmək məqsədilə fövqəladə səlahiyyətlərdən istifadə etmək üçün qərar imzaladım", - bəyanatda qeyd olunub.
Həmçinin imzalanan sənədin ABŞ-nin əvvəlki prezidenti Co Bayden administrasiyası tərəfindən İsrailə müəyyən növ silahların tədarükünə qoyulan məhdudiyyətləri ləğv etdiyi bildirilir.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası 2025-ci il yanvarın 20-dən etibarən İsrailə ümumilikdə 12 milyard dollar dəyərində silah və hərbi texnika satışına icazə verib.