ABŞ və İsrail Yəmənin Hüdeyda şəhərinə birgə zərbə endiriblər.
Bu barədə Oxu.Az "Al Masirah" telekanalına istinadla xəbər verir.
Hücumların hədəfində "Ənsar Allah" üsyançı hərəkatından olan husilərin nəzarəti altındakı Hüdeyda limanından əlavə, yaxınlıqdakı obyektlər də olub.
Bölgəyə ən azı 12 hava zərbəsinin endirildiyi bildirilir.
Xatırladaq ki, mayın 4-də husilər tərəfindən atılan raket Təl-Əvivin Ben Qurion beynəlxalq hava limanı yaxınlığında partlayıb.