ABŞ dövlət katibi Mayk Pompeo Vaşinqtonun Venesuela xalqına humanitar yardım planlarını təsdiq edib.
Oxu.Az xəbər verir ki, o, Amerika Dövlətləri Təşkilatı Şurasının iclasında loqistik nöqteyi-nəzərindən mümkün olan kimi Venesuelaya humanitar yardımın göndəriləcəyini bildirib.
Pompeonun sözlərinə görə, humanitar yardım 20 milyon dollardan çox olacaq.
ABŞ dövlət katibi Amerika Dövlətləri Təşkilatına daxil olan digər ölkələri də Venesuela müxalifətini dəstəkləməyə çağırıb.
Rəylər