Ağ Ev britaniyalı futbol azarkeşlərini DÇ-2018-də tamaşaçı qismində iştirak etmək üçün Rusiyaya yollanmamaqla bağlı xəbərdar edib.
Oxu.Az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Adı açıqlanmayan Ağ Ev rəsmisinin sözlərinə görə, “Skripal işi” ilə əlaqədar britaniyalı diplomatlar Rusiyadan xaric edildikdən sonra Birləşmiş Krallıq ölkələrindən gələn futbol azarkeşləri diplomatik missiyadan lazımi dəstəyi görə bilməyəcəklər.
Nəticədə britaniyalı turistlərin hüquqları lazımı dərəcə qorunmayacaq. Ağ Ev rəsmisi Rusiyada keçiriləcək mundiala bilet almazdan əvvəl “yüz ölçüb, bir biçməyi” məsləhət görüb.
Qeyd edək ki, 2018-ci ilin futbol üzrə dünya çempionatı 14 iyun – 15 iyul tarixlərində Rusiyanın 11 şəhərində keçiriləcək.
F.M.
www.oxu.az
Rəylər