ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının Nizamnaməsini imzalayıb.
Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.
Ağ Ev Sülh Şurasını rəsmi təşkilat olaraq təsis olunduğunu elan edib.
Ağ Ev lideri Sülh Şurasının Nizamnaməsini imzaladı
Ağ Ev lideri Sülh Şurasının Nizamnaməsini imzaladı
"Təbrik edirəm, Prezident Tramp. Nizamnamə rəsmi qaydada qüvvəyə mindi və Sülh Şurası artıq rəsmi olaraq yaradılmış beynəlxalq təşkilatdır", - deyə Ağ Evin mətbuat katibi Kerolin Livitt ABŞ lideri sənədi imzaladıqdan sonra bildirib.
Qeyd edək ki, bu gün Davosda Azərbaycan da daxil olmaqla 20-yə yaxın ölkənin liderləri Sülh Şurasının Nizamnaməsini imzalayıblar.