Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Ağ Evin 11 sentyabr hücumlarında təqsirləndirilən şəxslərlə sövdələşmədən xəbəri olmayıb
Ağ Evə iyulun 31-dək məlumat verilməyib ki, 2001-ci il sentyabrın 11-də terror aktlarını təşkil etməkdə ittiham olunan üç müttəhim edam cəzasının ömürlük həbslə əvəzlənməsi müqabilində günahını etiraf etməyə razılaşıblar.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
"Çərşənbə gününə qədər Ağ Ev razılaşmadan və ya ona aparan proseslərdən xəbərsiz idi. ABŞ Prezidenti Co Bayden milli təhlükəsizlik komandasına məsələni müzakirə etmək üçün Müdafiə Nazirliyinin rəsmiləri və rəhbərliyi ilə əlaqə saxlamağa göstəriş verib. Bundan başqa hələ heç nə deyə bilmərəm", - deyə o bildirib.
"11 sentyabr terror aktları" teqi üzrə xəbərlər
- ABŞ-də "11 sentyabr üslubunda" yeni hücum planlaşdırılıbmış: Terrorçu Ənəs Səid ələ keçdi
- ABŞ Gizli Xidməti səhvən 11 sentyabr terror aktını törədənləri qurbanlar sırasına daxil edib
- 11 sentyabr terrorundan 23 il ötür
- Lloyd Ostindən 11 sentyabr terrorçularını edam cəzasından xilas edən sövdələşmə ilə bağlı qərar
- 11 sentyabr terrorçuları etirafa hazırlaşırlar
Rəylər