Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Ali Yerlikaya: "İstanbuldakı aksiyalarda altı polis yaralanıb"
İstanbulun Saraçhane ərazisində keçirilən etiraz aksiyasında altı polis xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya özünün "X" hesabında yazıb.
O qeyd edib ki, Türkiyə polisi ölkənin əmin-amanlığının və təhlükəsizliyinin təminatçısıdır və ictimai tədbirlərin idarə olunmasında nümunəvi davranış nümayiş etdirir.
Qeyd edək ki, Ankara və İstanbulda İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrəm İmamoğluya dəstək məqsədilə etiraz aksiyaları keçirilib.
Eyni zamanda Türkiyə mətbuatında İstanbulda polislə etirazçıların toqquşmasını əks etdirən görüntülər yayımlanıb.
"Ekrem İmamoğlu" teqi üzrə xəbərlər
- İmamoğlunun məhkəməsindən ilkin qərar açıqlandı
- İstanbulda "boykot" çağırışlarına görə saxlanılanlar azadlığa buraxıldılar
- Ekrem İmamoğlunun vəkili sərbəst buraxılıb
- Türkiyədə korrupsiya ilə bağlı 12 şirkətin hesabına həbs qoyuldu, 14 nəfər saxlanıldı
- İstanbul bələdiyyəsi sədrinin vəzifəsini icra edən seçildi