"Amazon" öz müştərilərini aldatdığına görə ABŞ Federal Ticarət Komissiyası (FTC) ilə rekord məbləğdə cərimə ödəməsi barədə razılığa gəlib.
Oxu.Az-ın "Kommersant" nəşrinə istinadən verdiyi xəbərə görə, şirkət hökumətə bir milyard dollar cərimə ödəyəcək, həmçinin zərər görmüş istehlakçılara 1.5 milyard dollar kompensasiya ödəniləcək.
FTC "Amazon"a qarşı 2019-cu ilin ortasında iddia qaldırmışdı. Tənzimləyici orqanın fikrincə, şirkət illər boyu istifadəçilərin razılığı olmadan onları "Amazon Prime" abunəliyinə qoşmaqla qəsdən aldadıb.
Bu abunəlik illik 139 dollara başa gəlir.