Norveç polisi “WikiLeaks”in yaradıcısı Culian Assanjın silahdaşı və kibertəhlükəsizlik üzrə mütəxəssis Aren Kampxeysin itkin düşməsi ilə bağlı araşdırmalara başlayıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı “Deutsche Welle” nəşri məlumat yayıb.
Onun sözlərinə görə, hələlik hollandiyalının harada ola biləcəyi ilə bağlı hüquq-mühafizə orqanlarında heç bir məlumat yoxdur. Bundan başqa, onun telefonunun yerini müəyyən edə bilməyiblər.
Onun itkin düşməsi ilə bağlı tanışı “Twitter” hesabında məlumat yayıb. Kampxeysin axtarışına “WikiLeaks” də qoşulub və onun itkin düşməsini “qəribə” adlandırıb.
.@JulianAssange associate and author of "Information Security for Journalists" @ArjenKamphuis has disappeared according to friends (@ncilla) and colleagues. Last seen in Bodø, #Norway, 11 days ago on August 20. pic.twitter.com/dV75NGKpgI
— WikiLeaks (@wikileaks) 31 August 2018
Təşkilatın məlumatına görə, sonuncu dəfə o, 20 avqustda Norveçin şimalındakı Budyo şəhərində görünüb. Avqustun 22-də isə o, Tronxeymə getməli idi.
“Budyoda Tronxeymə qatar 10 saata gedir, ilkin ehtimallara görə, o, bu müddətdə yoxa çıxıb”, - məlumatda bildirilib.