Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Avropa iqtisadiyyatı üçqat şok keçirə bilər
Çində sənaye istehsalının artması və Donald Trampın Ağ Evə mümkün qayıdışı fonunda Avropa iqtisadiyyatı üçqat şok yaşaya bilər.
Bu barədə Britaniyanın biznes jurnalı “The Economist” redaksiya məqaləsində yazır.
Nəşr qeyd edir ki, Avropa Ukrayna münaqişəsi və Qərb ölkələrinin sanksiya siyasətlərinin yaratdığı enerji böhranının nəticələrindən hələ də çıxmayıb. Onilliyin əvvəlindən bəri Avropa iqtisadiyyatı ABŞ iqtisadiyyatının 8%-lik artımı ilə müqayisədə cəmi 4% artıb və 2022-ci ilin sonundan Böyük Britaniya da daxil olmaqla Avropanın ümumi ÜDM-i demək olar ki, bu artımı dayandırıb.
Əgər Tramp noyabrda keçiriləcək prezident seçkilərində qalib gəlsə, ABŞ ilə ticarət müharibəsi Avropa iqtisadiyyatı üçün daha bir şok riski daşıyır. Yerli istehsalçılar üçün riskləri həmçinin Avropa bazarına ucuz mallar təqdim edən çinli rəqiblər də yaradır. Bu şəraitdə Avropa ölkələri Ukraynanı dəstəkləməli, öz müdafiə imkanlarını gücləndirməli və iddialı iqlim məqsədlərinə nail olmağa çalışmalıdır.
Rəylər