Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Avropa Parlamenti Ukraynanın Rusiyaya zərbələr endirməsinə dair çağırış etdi
Avropa Parlamentinin üzvləri Ukrayna üzrə qətnamədə ittifaq ölkələrinə çağırış etmək niyyətindədirlər ki, Rusiyanın dərinliklərinə vurulacaq zərbələrə qoyulan bütün məhdudiyyətlər dərhal aradan qaldırılsın.
Oxu.Az-ın MK.ru-ya istinadən xəbərinə görə, bu barədə sənədin layihəsində məlumat verilir ki, sənədin Strasburqda keçiriləcək plenar iclasda qəbul olunacağı gözlənilir.
Qeyd etmək lazımdır ki, Avropa Parlamentinin xarici siyasətə dair qətnamələri məsləhət xarakteri daşıyır, Avropa İttifaqı (Aİ) təsisatları və ya üzv ölkələr üçün məcburi deyil.
"Avropa Parlamenti Aİ-yə üzv dövlətləri Rusiya ərazisində qanuni hərbi obyektlərə zərbələr endirmək üçün Ukraynaya verilən Qərb silah sistemlərinin istifadəsinə qoyulan məhdudiyyətləri dərhal aradan qaldırmağa çağırır", - deyə layihədə bildirilir.
Həmçinin əlavə edilib ki, məhdudiyyətlər Kiyevin özünümüdafiə hüququndan istifadə etməsinə mane olur.
Deputatlar, həmçinin narahatlıqlarını ifadə ediblər ki, sursat və silah tədarükünün kifayət qədər olmaması, eləcə də onlardan istifadəyə qoyulan məhdudiyyətlər əvvəlki səylərə xələl gətirə bilər. Avropa Parlamenti eyni zamanda Ukraynaya döyüş sursatlarının, o cümlədən "Taurus" raketlərinin tədarükünü artırmağa da çağırıb.
"Avropa Parlamenti" teqi üzrə xəbərlər
- Rəsmi Bakıdan Fransaya etiraz: Qərəzli mövqenin uğursuz sonu
- Avropa Parlamenti Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
- Fransa səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırıldı
- Boykot uğursuz oldu, Qreta autda: COP29 - Azərbaycanın siyasi qələbəsidir
- Azərbaycan COP29-da Fransanın neokolonializm siyasətini İFŞA EDİR
Rəylər