Fransanın Yuxarı Marna departamentində məktəbli kollecin gözətçisinə bıçaqla hücum edib. 31 yaşlı qadın aldığı xəsarətlərdən vəfat edib.
Oxu.Az bu barədə BFMTV kanalına istinadən xəbər verir.
Bildirilir ki, 14 yaşlı şagird gözətçi qadına yoxlama zamanı hücum edib. Ona təcili tibbi yardım göstərilib və xəstəxanaya çatdırılıb, ancaq həklimlər həyatını xilas edə bilməyiblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hücum edəni həbs ediblər. Hadisədən sonra kollecin 324 şagirdinin hamısı nəzarətə alınıb.
Xatırladaq ki, bu gün Avstriyada da məktəblərin birində silahlı hücum baş verib. Yeniyetmənin atəş açması nəticəsində müxtəlif məlumatlara görə şagirdlər də daxil olmaqla 8-11 nəfər həlak olub, 30-a yaxın insan yaralanıb.