Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bruney-Darüssalamın Sultanı Azərbaycan Prezidentinə təbrik məktubu göndərib
Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Oxu.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu.
Zati-aliləri.
Ölkənizin milli bayramı - 28 May - Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına ən səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
Mən ölkələrimiz arasında mövcud olan səmimi dostluq münasibətlərini və əməkdaşlığı yüksək qiymətləndirirəm. Əlaqələrimizin ikitərəfli əsasda, eləcə də Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində daha da inkişafına ümid edirəm.
Allah-Taala Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə davamlı sülh və firavanlıq nəsib etsin!
Vəssəlamu aleykum və rəhmətullahi və bərəkətuhu".
"İlham Əliyev" teqi üzrə xəbərlər
- İlham Əliyev Müdafiə Nazirliyinin bir qrup əməkdaşını təltif etdi
- MİDA mənzillərinin güzəştlə əldə edilməsi qaydası dəyişdirilir
- İlham Əliyev Vətən müharibəsi zamanı Ermənistanın "Azərbaycan" İES-ə atdığı raketin düşdüyü əraziyə baxıb
- İlham Əliyev Mingəçevirdə Çen Qianqı qəbul edib
- İlham Əliyev "Made in Italy" nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib