Banqladeşdə bu gün baş verən güclü zəlzələ nəticəsində azı üç nəfər həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə "The Daily Star" yerli polisə istinadən məlumat yayıb.
Bildirilir ki, seysmik hadisə nəticəsində Dəkkədə yeddimərtəbəli binanın damının bir hissəsə uçub.
Hadisə zamanı ağır xəsarətlər alan üç nəfər xəstəxanaya çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.
Banqladeşdə 5.7 bal gücündə zəlzələ qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri, təxminən, 337 min əhalisi olan Tonqa şəhərindən 23 km şərqdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.
Dağıntı və itki barədə məlumat yoxdur.